Xamenei Çinlə strateji münasibətləri diqqətdə saxlayır
İranın dini ali rəhbəri Müctəba Xamenei ölkənin strateji tərəfdaşlarla, xüsusilə Çinlə münasibətlərinin inkişafını və aparılan danışıqların gedişini mütəmadi izləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.
Qalibafın sözlərinə görə, Xamenei bu istiqamətdə müvafiq göstərişlər də verib. O, Çinlə münasibətlərin və strateji tərəfdaşlarla aparılan müzakirələrin İran rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb.
23:41 27.10.2026
Oxunuş sayı: 49