ABŞ Rusiyanın birbaşa investisiyalar fonduna qarşı sanksiyaları ləğv edə bilər
ABŞ administrasiyası Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RFİF) tətbiq edilən sanksiyaların ləğvi imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evdə RFİF Kremlin beynəlxalq təsir imkanlarını genişləndirən əsas vasitələrdən biri hesab olunur.
Kirill Dmitriyevin rəhbərlik etdiyi fond iqtisadiyyatın real sektorlarına investisiyaların cəlb edilməsi ilə məşğuldur. ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli üçün iqtisadi stimullardan istifadə etməyi planlaşdırdığı bildirilir.
23:27 27.10.2026
Oxunuş sayı: 48