Ukrayna ilk sınaq peykini orbitə çıxarıb
Ukrayna özünün müstəqil peyk rabitə şəbəkəsini yaratmaq məqsədilə ilk sınaq peyki olan “OBRIA NANO”nu orbitə çıxarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “HIMERA” şirkəti məlumat yayıb.
Məlumata görə, Ukraynanın “HIMERA” şirkəti Danimarkanın “GomSpace” şirkəti ilə birgə oktyabrın 1-də “OBRIA NANO” peykini orbitə yerləşdirib. Hazırda peyk texniki sınaqlardan keçir.
Gələcəkdə Ukrayna ölkə ərazisində rabitəni təmin edəcək və Avropanın peyk şəbəkələrini tamamlayacaq öz peyk qrupunu yaratmağı planlaşdırır.
Növbəti mərhələdə peyklərin və yerüstü rabitə terminallarının istehsalının Ukraynada lokallaşdırılması nəzərdə tutulur.
22:54 27.10.2026
Oxunuş sayı: 50