“Amnesty International UK” İsraildə seçkiləri aparteid siyasəti ilə əlaqələndirib
“Amnesty International UK” təşkilatı İsraildə keçirilən seçkiləri “seçki qutusunda aparteid” adlandıraraq, işğal altındakı ərazilərdə yaşayan milyonlarla fələstinlinin səsvermə hüququndan məhrum edilməsini tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
Hüquq müdafiəçiləri Böyük Britaniya hökumətini İsrailə silah tədarükünü dayandırmağa, beynəlxalq cinayətlərdə əli olduğu iddia edilən rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə və işğal siyasəti ilə əlaqələrə son qoymağa çağırıblar.
23:05 27.10.2026
Oxunuş sayı: 48