Kolumbiya İsrailə görə Haaqa Qrupundan çıxır
Kolumbiya hökuməti İsrailə qarşı fəaliyyətinə etiraz olaraq Haaqa Qrupundan çıxmaq qərarı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kolumbiya hökumətinin sözçüsü Miller Soto açıqlama verib.
“Kolumbiya İsraili təcrid etmək və ona qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Haaqa Qrupundan rəsmi şəkildə çıxmaq üçün müraciət edib. Biz bu yanaşmanı rədd edirik”, – deyə Soto bildirib.
Haaqa Qrupu 31 yanvar 2025-ci ildə yaradılmış beynəlxalq dövlətlər koalisiyasıdır. Təşkilatın əsas məqsədi İsrailin Fələstin ərazilərindəki fəaliyyəti ilə bağlı beynəlxalq hüquqi və diplomatik tədbirləri əlaqələndirmək, Fələstin dövlətinin yaradılmasını dəstəkləmək və beynəlxalq hüquq normalarının tətbiqinə nail olmaqdır.
Kolumbiya hökumətinin məlumatına görə, ölkə Haaqa Qrupunun üzvü olmaqla yanaşı, onun həmsədri statusundan da imtina edir. Boliviya və Honduras da daha əvvəl koalisiyadan çıxıblar.
21:59 27.10.2026
Oxunuş sayı: 53