Zelenski sülh danışıqları üçün Moskvaya getməyə hazırdır
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskinin onunla birbaşa danışıqlar aparmaq istədiyini çatdırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, Putin söhbət zamanı Zelenskinin Moskvaya gələ biləcəyini bildirib. O əlavə edib ki, Ukrayna prezidentinin Moskvaya səfəri baş tutarsa, onun təhlükəsizliyi də daxil olmaqla, bütün zəruri şərtlər təmin ediləcək.
21:27 27.10.2026
Oxunuş sayı: 56