Naxçıvanda Türkiyənin yeni baş konsulu vəzifəsinin icrasına başlayıb
Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli Sevim vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünü ziyarət edib.
Baş konsul Əli Sevim Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.
Ə. Sevim, həmçinin Səfir Birol Akgün ilə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşərək nəzakət ziyarəti gerçəkləşdirib. (Report)
20:27 27.10.2026
Oxunuş sayı: 58