Azərbaycan, Türkiyə və Avstriya arasında siyasi təmaslar müzakirə olunub
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Avstriya-Türkiyə və Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Qrupunun sədri Volfqanq Qerstl və qrupun üzvü Adreas Minnix ilə nəzakət görüşü keçirib", - paylaşımda bildirilib.
Qeyd olunub ki, görüşdə ölkələr arasındakı münasibətlərin aktual aspektlərinə və parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.
18:28 27.10.2026
Oxunuş sayı: 48