Suriyada Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Suriyada keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Yəhya Əsəd və keçmiş hakimiyyət dövründə fəaliyyət göstərmiş daha 13 hərbi və təhlükəsizlik əməkdaşı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Suriyanın Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, saxlanılan 14 nəfər 2024-cü ilin dekabrında devrilmiş Bəşər Əsəd hakimiyyəti dövründə hərbi və təhlükəsizlik strukturlarında fəaliyyət göstərib.
Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib ki, saxlanılanlar arasında keçmiş kəşfiyyat əməkdaşları, yüksək rütbəli ordu komandirləri və hərbi pilotlar da var.
Onlardan bəziləri kütləvi qətllərdə iştirakda şübhəli bilinir.
Saxlanılan şəxslərlə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Xatırladaq ki, Bəşər Əsədin Suriyadakı hakimiyyəti 2024-cü ilin dekabrında devrilib.
17:09 27.10.2026
Oxunuş sayı: 49