İsraildə seçici fəallığı rekord həddə çatıb
İsraildə parlament seçkilərində səsvermə davam edir.
Crossmedia.az xəbər verir ki, Bakı vaxtı ilə 12:00-a olan məlumata görə, seçicilərin artıq 16,68 faizi, yəni 1,2 milyondan çox insan artıq seçkidə iştirak edib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, bu, ölkə üçün son 45 ildə rekord göstərici hesab olunur.
Ekspertlərin fikrincə, seçkidə fəallıq onunla izah edilir ki, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumundan bu yana ölkədə keçirilən ilk seçkilərdir.
Analitiklər hesab edir ki, seçicilərin əksəriyyəti seçkiləri hökumətin hücum zamanı və ondan sonrakı dövrdə fəaliyyətinə öz münasibətlərini bildirmək imkanı kimi qiymətləndirir.
Xatırladaq ki, bugünkü seçkilərdə 36 partiyadan olan namizədlər 120 yer uğrunda mübarizə aparır. Partiya Knessetdə təmsil olunmaq üçün səslərin azı 3,25 faizini toplamalıdır. Baş nazir postuna əsas namizədlər ölkənin hazırkı hökumət başçısı, 77 yaşlı Benyamin Netanyahu (“Likud” partiyası) və İsrail Müdafiə Ordusunun Baş qərargahının keçmiş rəisi, 66 yaşlı Qadi Ayzenkotdur (“Yaşar” partiyası).
15:15 27.10.2026
Oxunuş sayı: 186