Tramp demokrat siyasətçiləri təhqiramiz ifadələrlə hədəfə alıb
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının bir sıra tanınmış siyasətçiləri haqqında istehzalı və təhqiramiz ifadələr işlədib.
Crossmedia.az xəbər verir ki, Trampın siyasi rəqibləri barədə müxtəlif çıxışlarında səsləndirdiyi ifadələr sosial şəbəkələrdə yayılıb.
Paylaşılan siyahıda ABŞ Prezidenti senator Con Ossoffu “Pee-wee Herman” adlı komediya personajına bənzədib.
Trampın digər demokrat siyasətçilərə də müxtəlif ləqəblər verdiyi bildirilir.
Siyahıda Abdul El-Sayed “saxtakar”, Elizabet Uorren “Pokahontas”, Ceyms Talariko “Freako”, Şerrod Braun “zəif”, Nensi Pelosi isə “əyri işlər görən” kimi təqdim olunur.
Çak Şumer haqqında isə “fələstinli” ifadəsinin işləndiyi qeyd edilir.
Bu ifadələr Trampın siyasi rəqiblərinə qarşı sərt ritorikasının nümunəsi kimi diqqət çəkir.
Qeyd edək ki, Trampın Con Ossoffu “Pee-wee Herman” adlandırması 16 oktyabr 2026-cı ildə Corciya ştatında keçirilən seçki mitinqində də qeydə alınıb.
14:52 27.10.2026
Oxunuş sayı: 53