İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvvəffəq olduğunu söyləyib.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında dövlət başçısı bildirib ki, Azərbaycanın iqtisadi potensialı, ənənələr, multikutliralizm, bütün bunlar nikbin olmağa ümumi bir vəhdət yaradır:
"Biz proqnozlaşdırılmamış dünyada yaşayırıq. Bu elə bir dünyadır ki, münaqişələr başlayır və bitmir. Belə olan şəraitdə biz hər zaman diqqətli olmalıyıq ki, potensial risklər nədən ibarətdir və özümüzü hər hansı potensial çətinliklərdən qorumalıyıq".
Dövlət başçısı qeyd edib ki, son forumdan sonra mənfi və müsbət mənada yeniliklər olub:
"Mənfi odur ki, yaxınlığımızda müharibələr olur. Müsbət məsəsələ odur ki, Ermənistanla sülh sazişi paraflanıb. Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutdu. Daha sonra isə üç tərəfli bəyannamə imzalandı. Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvvəffəq olduq. Bu müstəqil Cənubi Qafqaz ölkəsinin tarixində belə bir şey olmamışdı".
10:56 27.10.2026
Oxunuş sayı: 50