Rusiya rəsmisi Ukraynanı sərnişin avtobusuna hücumda ittiham edib
Ukraynanın Zaporojye vilayətində sərnişin avtobusuna pilotsuz uçuş aparatı ilə hücum nəticəsində bir nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, vilayətin Rusiya tərəfindən təyin olunmuş rəhbəri Yevgeni Balitski bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Simferopol–Moskva marşrutu üzrə hərəkət edən sərnişin avtobusuna hücum edib.
Hadisə Zaporojye vilayətinin Primorsk şəhəri yaxınlığında baş verib.
Hücum zamanı avtobusda ümumilikdə 31 nəfər olub.
Balitski bildirib ki, hadisə nəticəsində bir nəfər həyatını itirib. Xəsarət alanların da olduğu və onların xəstəxanaya çatdırıldığı qeyd edilib.
Hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyinə dair iddia müstəqil şəkildə təsdiqlənməyib.
11:35 27.10.2026
Oxunuş sayı: 62