İrəvanda qohumlar arasında kütləvi dava – 1 nəfər ölüb
Ermənistanın paytaxtı İrəvanda qohumlar arasında baş verən kütləvi dava nəticəsində bir nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə gecə saatlarında şəhərin Şirak küçəsində qeydə alınıb.
Qohumlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Hadisə zamanı xəsarət alan şəxslərdən biri xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisə ilə əlaqədar dörd nəfəri saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb. Münaqişənin hansı səbəbdən yarandığı araşdırılır.
11:57 27.10.2026
Oxunuş sayı: 57