Ermənistan XİN: Aİİ-dəki tərəfdaşlarımız öhdəliklərini pozurlar
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirib və digər üzv dövlətlərdən də eyni yanaşmanı gözləyir.
Crossmedia.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu barədə jurnalistlərlə görüşündə bildirib.
Nazir qeyd edib ki, Ermənistan həm təşkilat çərçivəsində, həm də ikitərəfli münasibətlərdə tərəfdaşlarının öhdəliklərinə əməl etməsini gözləyir.
“Biz öhdəliklərimizi vicdanla yerinə yetirmişik. Ümid edirik ki, Aİİ-dəki digər tərəfdaşlarımız da təşkilat çərçivəsində və ikitərəfli münasibətlərdə Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirəcək və onları pozmayacaqlar. Təəssüf ki, son aylarda bunun əksini göstərən nümunələrlə qarşılaşırıq”, – deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın qərarlarının və fəaliyyətinin əsasını ölkənin müstəqilliyi, suverenliyi, dövlətçiliyi və müstəqil qərarlar qəbul etmək hüququ təşkil edəcək.
“Biz bunları heç vaxt sövdələşmə predmetinə çevirməyəcəyik. Digər tərəfdaşlarımızla konstruktiv əməkdaşlıq və dialoq qurmağa çalışacağıq. Lakin bütün bunların mərkəzində dövlətçiliyimiz dayanacaq”, – deyə nazir vurğulayıb.
12:05 27.10.2026
Oxunuş sayı: 59