COVID-19-dan sağalan şəxsin ağciyərində 35 ay sonra virus izləri tapılıb
Rusiyada alimlər COVID-19 keçirmiş pasiyentin ağciyərlərində xəstəlikdən 35 ay sonra koronavirusun izlərini aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Seçenov Universitetinə istinadən məlumat yayıb.
Universitetdən bildirilib ki, aparılan araşdırma zamanı pasiyentlərdən birinin ağciyər toxumasında COVID-19 infeksiyasından təxminən üç il sonra virusun izləri müəyyən edilib.
Tədqiqatın nəticələri koronavirusun qalıqlarının orqanizmdə uzun müddət saxlanmasının postkovid sindromunun mümkün səbəblərindən biri ola biləcəyini göstərir.
Alimlər postkovid sindromunun yaranmasında autoimmun reaksiyaların da rol oynaya biləcəyini qeyd ediblər.
Bununla belə, virus izlərinin aşkarlanması orqanizmdə aktiv infeksiyanın davam etdiyini təsdiqləmir.
13:30 27.10.2026
Oxunuş sayı: 250