Peskov: Xersonda humanitar əməliyyat keçiriləcək
Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində həyata keçiriləcək humanitar əməliyyatın təfərrüatları barədə məlumatlar hərbi qurumlar tərəfindən veriləcək.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, humanitar əməliyyatın gedişi və digər detallarla bağlı bütün rəsmi məlumatlar hərbçilər tərəfindən açıqlanacaq.
13:51 27.10.2026
Oxunuş sayı: 50