İsraildə seçkilər başlayıb: Netanyahunun siyasi gələcəyi sual altındadır
İsraildə oktyabrın 27-də parlament seçkiləri keçirilir. Baş nazir Benyamin Netanyahu hakimiyyəti qorumaq uğrunda keçmiş hərbi rəhbər Qadi Eyzenkotun başçılıq etdiyi siyasi qüvvələrlə rəqabət aparır.
Crossmedia.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə məlumat yayıb.
Bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.
Seçkilər ərəfəsində aparılan son rəy sorğuları Netanyahu tərəfdarları ilə müxalifət arasında gərgin rəqabətin olduğunu göstərib.
Sorğulara əsasən, əsas siyasi düşərgələrin heç biri 120 yerlik Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğa zəmanət verə bilmir.
Netanyahunun əsas rəqiblərindən biri keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotdur. Müxalifət seçki kampaniyasında xüsusilə 7 oktyabr hücumundan sonra yaranmış təhlükəsizlik problemlərini və hökumətin fəaliyyətini gündəmə gətirib.
Seçkilərdən sonra heç bir siyasi qüvvə hökumət formalaşdıra bilməsə, koalisiya danışıqlarının uzanması və yenidən seçkilərin keçirilməsi ehtimalı yaranacaq.
Bu isə İsraildə siyasi qeyri-müəyyənliyin 2027-ci ilə qədər davam etməsinə səbəb ola bilər.
15:10 27.10.2026
Oxunuş sayı: 93