“Nanotyrannus” skeleti hərracda 47,3 milyon dollar qazandırdı
Nadir “Nanotyrannus” dinozavrının skeleti Nyu-Yorkda keçirilən hərracda 47,3 milyon dollara satılaraq dünyanın ən bahalı ikinci fosili olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
2019-cu ildə ABŞ-nin Montana ştatında tapılan və “Jodi” adlandırılan skelet elmə məlum olan cəmi üç nisbətən bütöv “Nanotyrannus” nümunəsindən biridir. Təxminən 6 metr uzunluğunda olan skelet altı alıcı arasında 12 dəqiqəlik rəqabətdən sonra satılıb.
Fosilin satış qiyməti əvvəlcədən gözlənilən 6-9 milyon dolları xeyli üstələyib. Rekord isə 2026-cı ilin iyulunda 50,1 milyon dollara satılan “T-rex” skeletinə məxsusdur.
Alimlər fosillərin şəxsi kolleksiyalara düşərək elmi araşdırmalar üçün əlçatmaz olmasından narahatlıq bildirirlər.
04:45 28.10.2026
Oxunuş sayı: 57