Süni intellekt elmdə irəliləyiş əldə edib: OpenAI modellərindən üç nəticə
ABŞ-nin “OpenAI” şirkəti süni intellekt modellərinin riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Şirkətin məlumatına görə, süni intellekt modelləri harmonik analiz sahəsində yerli hamarlama fərziyyəsini bütün ölçülər üçün sübut edib. Bundan başqa, modellər kompüter elmlərində uzun müddət doğru hesab edilən Eksponensial Zaman Hipotezini (ETH) təkzib edən nəticə əldə edib.
OpenAI həmçinin kvant xromodinamikası (QCD) da daxil olmaqla, bəzi kvant sahə nəzəriyyələrinin riyazi mövcudluğunu sübut etməyə yönəlmiş nəticələr əldə etdiyini bildirib.
Şirkət bu nəticələrin elmi baxımdan qiymətləndirilməsi üçün mütəxəssis tədqiqatçılarla əməkdaşlığa başlayıb. Süni intellektin əldə etdiyi nəticələrin müstəqil yoxlanılması məqsədilə ilkin məlumatların araşdırmaçılara təqdim ediləcəyi, həmçinin kompüter elmlərinə mümkün təsirlərin müzakirəsi üçün konfransın maliyyələşdiriləcəyi qeyd olunub.
Nəticələrin “Lean” adlı formal yoxlama sistemi vasitəsilə təsdiqləndiyi bildirilib.
03:20 28.10.2026
Oxunuş sayı: 56