ABŞ-də quş qripi pandemiya riski yaradır
ABŞ-ın Yuta ştatında mink fermasında yayılan H5N1 quş qripi virusunun pandemiya riski yarada biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, ProPublica bu barədə məlumat yayıb.
Araşdırmaya görə, virus fermada iki aydan çox yayılıb, lakin rəsmilər onun qarşısını almaq üçün yetərli tədbirlər görməyib. Mütəxəssislər virusun mutasiyaya uğrayaraq insanlara keçə biləcəyindən narahatdırlar.
Ekspertlər yoluxmuş heyvanların məhv edilməsini, işçilərin testdən keçirilməsini və virusun genetik təhlilini tövsiyə edirlər.
06:30 28.10.2026
Oxunuş sayı: 53