Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 119,52 ABŞ dolları təşkil edib.
09:26 28.10.2026
Oxunuş sayı: 182