Türkiyədə güclü leysan gözlənilir: 20 vilayətə xəbərdarlıq edilib
Türkiyədə güclü leysan yağışları ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə əlavə olaraq narıncı meteoroloji xəbərdarlıq elan edilib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Meteorologiya Baş İdarəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-dən etibarən ölkənin böyük hissəsində, xüsusilə Egey, Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində güclü leysan və şimşəkli yağışlar gözlənilir.
İzmir, Aydın, Muğla, Antalya, Dənizli, Burdur və İsparta vilayətlərinin bəzi ərazilərində yağıntıların intensiv olacağı proqnozlaşdırılır.
Elazığ, Tunceli, Bingöl, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Mardin, Batman və Adıyaman ətrafında da güclü yağışların yağacağı bildirilir.
İstanbulda oktyabrın 29-da leysanın güclənəcəyi, Ankarada isə şimşəkli yağışların davam edəcəyi gözlənilir.
Meteorologiya Baş İdarəsi intensiv yağıntılar nəticəsində qəfil sel, daşqın, torpaq sürüşməsi, dolu və güclü külək təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Vətəndaşlara ehtiyatlı olmaq və rəsmi meteoroloji xəbərdarlıqları izləmək tövsiyə olunub.
09:33 28.10.2026
Oxunuş sayı: 201