COVID-19-dan sonra yüksək təzyiq riski artır
Postkovid sindromu keçirən insanlarda hipertoniya riski digər şəxslərlə müqayisədə 14% daha yüksək ola bilər.
Crossmedia.az xəbər verir ki, “Journal of the American Heart Association” (JAHA) jurnalında dərc olunan araşdırmada bu nəticəyə gəlinib.
İsveçdə 1,2 milyondan çox yetkin şəxsin tibbi məlumatlarını araşdıran alimlər 2020–2025-ci illəri əhatə edən müşahidələr aparıblar. Nəticələr göstərib ki, postkovid sindromu olan şəxslərin təxminən 22–23 faizində yüksək qan təzyiqi yaranıb.
Risk həm kişilərdə, həm də qadınlarda müşahidə edilib. Əlaqə yaşlı insanlarda və diabet xəstələrində daha güclü olub.
Alimlər COVID-19-dan sonra qan damarlarında baş verən dəyişikliklərin təzyiqə təsir göstərə biləcəyini ehtimal edirlər. Lakin araşdırma postkovid sindromunun birbaşa hipertoniyaya səbəb olduğunu sübut etmir.
08:50 28.10.2026
Oxunuş sayı: 66