Ermənistanın KTMT-dən çıxması tələb olunur
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi Nikolay Bordyuja Ermənistanın təşkilatın üzvlüyündən xaric edilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
Bordyujanın sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dayandırsa da, təşkilatdan rəsmən çıxmadığı üçün tamhüquqlu üzv statusunu qoruyur.
O qeyd edib ki, KTMT-də qərarlar konsensus əsasında qəbul olunduğundan Ermənistanın mövqeyi də nəzərə alınmalıdır.
“Ermənistan iştirakını dayandırır, lakin təşkilatdan çıxmırsa, tamhüquqlu üzv olaraq qalır. Bu halda bütün qərarlar onun mövqeyi nəzərə alınmaqla qəbul edilməlidir. Halbuki Ermənistanın hazırkı mövqeyi KTMT-nin fəaliyyəti ilə ziddiyyət təşkil edir”, – deyə Bordyuja bildirib.
Keçmiş Baş katib hesab edir ki, Ermənistanın könüllü şəkildə təşkilatdan çıxması daha düzgün olardı.
Onun fikrincə, İrəvan bu addımı atmadığı təqdirdə Ermənistan təşkilatdan xaric edilməlidir.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan etsə də, təşkilatdan rəsmən çıxmayıb.
10:58 28.10.2026
Oxunuş sayı: 77