Çin XİN: Mülki hava limanlarına hücumlara qarşıyıq
Çin Yaxın Şərqdə mülki hava limanlarına və digər mülki infrastruktura hücumları qəbuledilməz hesab etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi Qu Tszyakun brifinq zamanı regionda davam edən gərginlikdən ciddi narahatlıq keçirdiklərini bildirib.
“Çin regionda davam edən gərginlikdən dərin narahatdır və mülki hava limanlarına, eləcə də digər mülki obyektlərə hücumlara qarşı çıxır. Biz tərəfləri fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə, Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərpasına töhfə verməyə çağırırıq”, – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, oktyabrın 25-də Yəmənin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriə Ər-Riyad hava limanına, həmçinin Səudiyyə Ərəbistanının Xamis-Muşayt və Cizan bölgələrindəki hərbi bazalara ballistik raketlərlə zərbələr endirildiyini iddia edib.
O, beynəlxalq aviaşirkətləri və sərnişinləri Ər-Riyad hava limanından istifadə etməməyə çağıraraq buranın təhlükəsiz olmadığını bildirib.
15:12 28.10.2026
Oxunuş sayı: 57