Ərdoğan və Tokayev Ankarada ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada görüşərək ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Ərdoğan ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bildirib.
Türkiyə Prezidenti, həmçinin ölkəsinin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində çalışacağını və Qazaxıstanla həmrəyliyi qoruyacağını vurğulayıb.
22:49 28.10.2026
Oxunuş sayı: 47