Ərdoğan Tokayevi rəsmi mərasimlə qarşılayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Türkiyəyə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ankarada qarşılayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Rəsmi qarşılanma mərasimi Prezident Kompleksində keçirilib. Mərasimdə Türkiyə və Qazaxıstanın dövlət himnləri səsləndirilib, 21 yaylım atəşi açılıb.
Ərdoğan və Tokayev nümayəndə heyətlərini bir-birinə təqdim edib, daha sonra mətbuat nümayəndələri qarşısında foto çəkdiriblər.
Liderlərin təkbətək və nümayəndə heyətləri arasında görüşlərindən sonra Ərdoğanın Tokayevin şərəfinə rəsmi şam yeməyi verəcəyi bildirilib.
20:19 28.10.2026
Oxunuş sayı: 51