Dünya Bankı 2026-cı ildə əmtəə qiymətlərinin 23% artacağını proqnozlaşdırır
Dünya Bankının proqnozuna görə, qlobal böhranlar səbəbindən 2026-cı ildə əmtəə qiymətləri 23,1% artacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bankın hesabatında Yaxın Şərqdəki münaqişələrin enerji qiymətlərini yüksəltdiyi, taxıl daşımalarındakı fasilələrin və “El Niño” hava hadisəsinin isə ərzaq təminatına təhlükə yaratdığı bildirilib.
Proqnoza əsasən, enerji qiymətləri 2026-cı ildə 32%, ərzaq əmtəələrinin qiymətləri 10,3%, metal qiymətləri isə 24,5% artacaq. Brent markalı neftin bir barelinin orta qiymətinin 91 dollara çatacağı gözlənilir.
Hesabatda qlobal neft təklifinin 2026-cı ildə 5,2% azalacağı və bunun son 40 ildən çox müddətdə ən kəskin enişlərdən biri olacağı qeyd edilib. Münaqişələrin şiddətlənməsi enerji və ərzaq qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.
Dünya Bankının baş iqtisadçı müavini Ayhan Köse bahalaşmanın inflyasiyanı artırmaqla yanaşı, ərzaq təhlükəsizliyini və iqtisadi artımı da zəiflədə biləcəyi barədə xəbərdarlıq edib.
20:25 28.10.2026
Oxunuş sayı: 49