Husilər Ədən beynəlxalq hava limanına yenidən hücum edib
Yəmən hökuməti İranın dəstəklədiyi husilərin bir neçə saat fasilə ilə Ədən Beynəlxalq Hava Limanına ikinci dəfə hücum etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Yəmənin Nəqliyyat Nazirliyinin açıqlamasına görə, husilər son altı gündə hava limanına altı dəfə hücum ediblər. Təkrar hücumların sərnişinlərin, hava limanı əməkdaşlarının və mülki təyyarələrin təhlükəsizliyini təhdid etdiyi vurğulanıb.
Rəsmi Səna hakimiyyəti hücumların humanitar yardım fəaliyyətinə də mane olduğunu bildirərək beynəlxalq ictimaiyyəti və BMT qurumlarını mülki aviasiyanın qorunması üçün təcili tədbirlər görməyə çağırıb.
20:30 28.10.2026
Oxunuş sayı: 55