Türkiyədə qaya uçqunu: 2 nəfər ölüb
Türkiyənin Kapadokya bölgəsində yerləşən məşhur Göreme Açıq Hava Muzeyinin girişində qaya uçqunu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Nevşehir valisi Hüseyn Kök bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 29-da baş verib. İlkin məlumatlara görə, bölgədəki qaya formasiyalarından birinin çökməsi nəticəsində insanlar dağıntılar altında qalıblar.
Valinin sözlərinə görə, hadisəyə son günlər yağan güclü yağışların səbəb olduğu torpaq sürüşməsi yol açıb.
Yaralı şəxs xəstəxanaya çatdırılıb. Hadisə yerinə təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.
Dağıntılar altında başqa şəxslərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işləri davam etdirilir.
17:54 29.10.2026
Oxunuş sayı: 52