Qəzzada qış təhlükəsi: Xəstəxanalar işləmir, minlərlə insan çadırlarda yaşayır
Qəzza zolağında atəşkəsə baxmayaraq, İsrailin hücumları nəticəsində mülki şəxslərin yaralanması davam edir. Qışın yaxınlaşması isə səhiyyə xidmətlərinə çıxışı məhdud olan və yararsız çadırlarda yaşayan minlərlə insanın vəziyyətini daha da ağırlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
“Sərhədsiz Həkimlər” (MSF) təşkilatının Qəzzadakı tibbi fəaliyyət üzrə rəhbəri, doktor Fadi Əl-Mədhun bölgədəki humanitar vəziyyətlə bağlı açıqlama verib.
O bildirib ki, Qəzzanın səhiyyə sistemi ciddi böhran içərisindədir. Xəstəxanaların böyük hissəsi hələ də fəaliyyət göstərmir. Hazırda Qəzza şəhəri, eləcə də bölgənin şimal və cənub hissələrində cəmi 19 xəstəxana qismən xidmət göstərə bilir. Qəzzanın şimalındakı bəzi böyük inzibati ərazilərdə isə fəaliyyət göstərən xəstəxana qalmayıb.
Əl-Mədhunun sözlərinə görə, partlayışlar nəticəsində ağır xəsarət alanların sayı yüksək olaraq qalır. Bu xəstələrin uzunmüddətli müalicəyə, cərrahi müdaxilələrə və davamlı tibbi nəzarətə ehtiyacı var.
Bununla yanaşı, Qəzzaya daxil olan humanitar yardımların, dərmanların və tibbi avadanlıqların həcmi azalır. Son aylarda bölgəyə girişinə icazə verilən tibb işçilərinin sayının azalması da tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir.
18:02 29.10.2026
Oxunuş sayı: 57