Kreml Putinlə bağlı “Financial Times”ın məlumatını təkzib edib
Kreml Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubbun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığına dair “Financial Times” nəşrinin yaydığı məlumatı təkzib edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu barədə açıqlama verib.
Uşakov bildirib ki, Norveçin Baş naziri sözügedən məqaləyə düzəliş edilməsini tələb etməkdə haqlıdır.
“Bu, uydurulmuş məlumatdır. Daha doğrusu, məlumat deyil, dezinformasiyadır. Danışıq zamanı ümumiyyətlə belə bir mövzu müzakirə olunmayıb”, – deyə o vurğulayıb.
Xatırladaq ki, “Financial Times” nəşri Vladimir Putinin Störe və Stubbla telefon danışığının böyük hissəsini orta əsrlər slavyan tarixi barədə mühazirəyə həsr etdiyini iddia etmişdi.
Norveçin Baş naziri isə bu məlumatın həqiqətə uyğun olmadığını bildirərək nəşrdən məqaləyə düzəliş etməyi tələb edib.
Bununla belə, “Financial Times” dərc etdiyi materiala düzəliş etməkdən imtina edib.
16:56 29.10.2026
Oxunuş sayı: 47