Tramp: Respublikaçılar arasında reytinqim 99 faizə çatıb
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının tərəfdarları arasında reytinqinin 99 faizə çatdığını və seçki mitinqlərinə rekord sayda insanın qatıldığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə açıqlama yayıb.
ABŞ Prezidenti bildirib ki, noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunan mitinqlərdə iştirakçıların sayı əvvəlki seçki kampaniyaları ilə müqayisədə xeyli artıb.
“Konqresə aralıq seçkilər tarixində ən böyük izdihamı toplayırıq. İştirakçıların sayı əvvəlkilərdən beş dəfə çoxdur. İndiyədək belə bir şey olmayıb”, – deyə Tramp vurğulayıb.
O, Respublikaçılar Partiyası daxilində yüksək dəstəyə malik olduğunu da bildirib.
“Respublikaçılar Partiyasında mənim dəstək reytinqim hazırda 99 faizdir. Təşəkkür edirəm, bu, mənim üçün böyük şərəfdir”, – deyə ABŞ Prezidenti qeyd edib.
Trampın açıqlaması noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində səsləndirilib.
15:55 29.10.2026
Oxunuş sayı: 52