Merts: Cənubi Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi ilə bağlıdır
Almaniya Kansleri Fridrix Merts Cənubi Koreya ilə Avropanın təhlükəsizliyinin bir-biri ilə birbaşa əlaqəli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Almaniya Kansleri bu barədə açıqlamasında danışıb.
“Cənubi Koreyanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə, Avropanın təhlükəsizliyi isə Cənubi Koreyanın təhlükəsizliyi ilə bağlıdır”, – deyə Merts vurğulayıb.
O, beynəlxalq təhlükəsizlik məsələlərinin getdikcə daha çox qarşılıqlı asılılıq yaratdığına diqqət çəkib.
“Görünür, dünya daha da kiçilib”, – deyə Almaniya Kansleri əlavə edib.
14:52 29.10.2026
Oxunuş sayı: 54