Kamran Əliyev Səudiyyə Ərəbistanının yüksəkvəzifəli rəsmisini təltif edib
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədri Mazin bin İbrahim Əl-Qəhmusu "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edib.
Crossmedia.az xəbər verir ki, təltifetmə mərasimi Kamran Əliyevin Bakıda Mazin bin İbrahim Əl-Qəhmusla ikitərəfli görüşündən sonra keçirilib.
Səudiyyə Ərəbistanının nümayəndəsi dostluq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə verdiyi töhfəyə, eləcə də təcrübə mübadiləsi və qarşılıqlı hüquqi yardım göstərilməsi sahəsində xidmətlərinə görə mükafata layiq görülüb.
"Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. Əminəm ki, o, inkişaf etməkdə davam edəcək. Bu mükafatı qəbul etməkdən səmimi qəlbdən şadam", - Mazin bin İbrahim Əl-Qəhmus bildirib.
13:06 29.10.2026
Oxunuş sayı: 66