Ermənistan parlamentində kütləvi dava düşüb
Ermənistan parlamentində deputatlar arasında kütləvi dava baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Hadisə oktyabrın 29-da qanunverici orqanın iclası zamanı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı baş verib.
İlkin olaraq hakim qüvvənin deputatları ilə müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvləri arasında mübahisə yaranıb.
Daha sonra Taron Çaxoyanla “Güclü Ermənistan” fraksiyasının deputatı Qarnik Davtyan arasında dava başlayıb. Hadisəyə onlarla deputat qoşulub. Münaqişə zamanı yumruqlardan və butulkalardan istifadə edilib.
Parlamentin sədr müavini Ruben Rubinyan davaya dərhal müdaxilə etməyib. O, yalnız qarşıdurma şiddətləndikdən bir müddət sonra təhlükəsizlik əməkdaşlarını çağırıb.
Bundan sonra iclasda fasilə elan olunub.
11:13 29.10.2026
Oxunuş sayı: 111