Masallıda ağır qəza- bir nəfər ölüb
Masallı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, sürücü isə xəsarət alıb. Crossmedia.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində baş verib.
Sakit İsmayılovun idarə etdiyi “Subaru” markalı avtomobil Mazahir Əkbərovun sürdüyü “ZİL” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Subaru”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə sərnişin olan, 1966-cı il təvəllüdlü Taleh Həsənov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. (Report)
11:32 29.10.2026
Oxunuş sayı: 50