Rusiya və Ukrayna arasında danışıqlar noyabrın 4-dən sonra keçiriləcək
Ukrayna ilə bağlı Əbu-Dabidə planlaşdırılan üçtərəfli danışıqlar noyabrın 4-dən sonra keçiriləcək.
Crossmedia.az xəbər verir ki, “Sputnik” agentliyi bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb.
Uşakov bildirib ki, danışıqların dəqiq tarixi və Rusiya nümayəndə heyətinin tərkibi yaxın vaxtlarda müəyyənləşdiriləcək.
Onun sözlərinə görə, görüşün vaxtı cəbhədəki vəziyyətdən və ümumi şəraitdən də asılı olacaq.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Moskva Ukrayna üzrə üçtərəfli danışıqların bərpası tarixi ilə bağlı hələlik heç bir siqnal göndərməyib.
Uşakov Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin bütün Avropanı təmsil edən danışıqlar aparan şəxslər kimi nəzərdən keçirilməsi məsələsinə də münasibət bildirib.
O vurğulayıb ki, hazırda onların bu statusda namizədliyi müzakirə olunmur.
11:08 29.10.2026
Oxunuş sayı: 52