Pentaqon Ukraynada “Starlink” problemi ilə bağlı araşdırmadan imtina edib
ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Ukraynada “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətində yaranan nasazlıqla bağlı senatorların araşdırma aparılması tələbini təmin etməyib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) agentliyi bu barədə məlumat yayıb.
Agentliyin əldə etdiyi cavab məktubunda baş müfəttiş senatorların suallarının ABŞ Hərbi Hava Qüvvələri tərəfindən daha məqsədəuyğun şəkildə cavablandırıla biləcəyini bildirib.
Nəşrin məlumatına görə, qanunvericilər bu mövqeyi İlon Maskla bağlı araşdırma aparmaqdan imtina kimi qiymətləndiriblər.
Məsələ Ukraynada istifadə olunan “Starlink” peyk internet sistemi və “Starshield” xidmətinin fəaliyyətində baş verən nasazlıqlarla əlaqədardır.
10:13 29.10.2026
Oxunuş sayı: 59