Obama Trampı Ukrayna siyasətinə görə tənqid edib
ABŞ-nin sabiq prezidenti Barak Obama Prezident Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Ukraynanın UNIAN agentliyi bu barədə məlumat yayıb.
Obama Ağ Evi Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməkdə və Ukraynanı kifayət qədər dəstəkləməməkdə ittiham edib.
“Biz Kanada kimi əsas müttəfiqlərimizi özümüzdən uzaqlaşdırdığımız bir vaxtda Ağ Ev Putinin qarşısında baş əyir və öz azadlığı, demokratiyası uğrunda mübarizə aparan ukraynalılara xəyanət edir”, – deyə sabiq prezident bildirib.
10:16 29.10.2026
Oxunuş sayı: 60