Qırğızıstan MDB-nin növbəti beynəlxalq iclasına ev sahibliyi edəcək
MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclası Qırğızıstanda keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu qərar MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında qəbul edilib.
MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası Birliyin müvafiq orqanıdır. Onun yaradılmasında məqsəd antiinhisar siyasəti və rəqabətin inkişafını koordinasiya etməkdir.
MDB çərçivəsində antiinhisar tənzimləməsi sahəsində əməkdaşlığın əsası 1993-cü il dekabrın 23-də Birliyin bütün iştirakçı dövlətlərinin hökumət başçıları tərəfindən razılaşdırılmış Antiinhisar siyasətinin həyata keçirilməsi haqqında Müqavilənin imzalanması zamanı qoyulub.
12:23 29.10.2026
Oxunuş sayı: 49