Ukrayna üçün Starlink şoku: Aylıq ödəniş 25 min dollara çata bilər
İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti mülki “Starlink” terminallarının hərbi məqsədlərlə istifadəsini məhdudlaşdırarsa, Ukraynanın peyk rabitəsi xərcləri yüzlərlə dəfə arta bilər.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, mümkün məhdudiyyətlər Ukraynanı hərbi məqsədlər üçün nəzərdə tutulmuş “Starshield” peyk rabitəsi xidmətinə keçməyə məcbur edə bilər.
Bildirilir ki, “Starshield” xidmətinə abunə haqqı aylıq 25 min dollara çata bilər.
Belə bir dəyişiklik Ukraynanın hərbi rabitə xərclərini əhəmiyyətli dərəcədə artıraraq ölkənin müdafiə büdcəsinə əlavə maliyyə yükü yarada bilər.
Bununla belə, “SpaceX”in mülki terminalların hərbi istifadəsini məhdudlaşdırmaq barədə yekun qərar qəbul etdiyi açıqlanmayıb.
15:18 29.10.2026
Oxunuş sayı: 53