Makron Fransanın zəifləməsi ilə bağlı iddiaları rədd edib
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin zəifləməsi ilə bağlı iddiaları rədd edərək son on ildə Fransanın hərbi potensialının əhəmiyyətli dərəcədə gücləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Fransa Prezidenti bu barədə açıqlamasında danışıb.
Makron qeyd edib ki, son on ildə ölkənin hərbi imkanları genişləndirilib, müdafiə xərcləri artırılıb və silahlı qüvvələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Fransa Prezidenti həmçinin ölkənin nüvə çəkindirmə potensialının daha müstəqil hala gətirilməsini hərbi sahədə əldə olunan irəliləyişlərdən biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, müdafiə sahəsində həyata keçirilən tədbirlər Fransanın hərbi imkanlarının zəifləmədiyini, əksinə, gücləndiyini göstərir.
15:50 29.10.2026
Oxunuş sayı: 50