“Fənərbağça” “Göztəpə” ilə oyuna hazırlaşır
Türkiyənin “Fənərbağça” klubu Superliqanın 10-cu turunda “Göztəpə” ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Məlumata görə, komandanın baş məşqçi vəzifəsini müvəqqəti icra edən Dirk Kuytın rəhbərliyi altında futbolçular növbəti qarşılaşmaya hazırlaşırlar.
“Fənərbağça” oktyabrın 31-də, şənbə günü “Göztəpə”ni öz meydanında qəbul edəcək.
17:17 29.10.2026
Oxunuş sayı: 51