Putin: Fələstin məsələsi yalnız iki dövlət prinsipi əsasında həll oluna bilər
Rusiya Prezidenti Vladimir Putin Fələstin probleminin həllinin yalnız müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlət prinsipi əsasında mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti bu barədə açıqlamasında danışıb.
Putin Fars körfəzində baş verən hadisələr fonunda Fələstin məsələsinin diqqətdən kənarda qalmamasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdəki digər münaqişələr Fələstin probleminin həlli istiqamətində səylərin davam etdirilməsinə mane olmamalıdır.
Rusiya Prezidenti qeyd edib ki, Moskva Fələstin məsələsinin iki dövlət prinsipi əsasında nizamlanmasını və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
17:20 29.10.2026
Oxunuş sayı: 59