Tramp Braziliyada keçirilən prezident seçkilərini “rüsvayçılıq” adlandırıb
ABŞ Prezidenti Donald Tramp Braziliyada keçirilən prezident seçkilərini “rüsvayçılıq” və Braziliya xalqı üçün “utancverici hadisə” kimi qiymətləndirib. O, seçkilərdə uyğunsuzluqlar olduğunu iddia etsə də, bu fikrini təsdiqləyən sübut təqdim etməyib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Tramp oktyabrın 29-da jurnalistlərə açıqlamasında Braziliyada keçirilən seçkilərin nəticələrini tənqid edib. O, səsvermədə tərəf tutmadığını bildirsə də, seçkilərin ölkə xalqı üçün böyük məyusluq olduğunu deyib.
Tramp seçkilərdə kimin qanuni qalib hesab edilməli olduğu barədə suala birbaşa cavab verməkdən yayınaraq, hazırda bu məsələni şərh etmək istəmədiyini bildirib.
Braziliyada keçirilən ikinci tur prezident seçkilərində hazırkı prezident Luis İnasio Lula da Silva mühafizəkar namizəd Flavio Bolsonaroya qalib gəlib. Məğlub olan Bolsonaro isə seçkilərdə saxtakarlıq olduğunu iddia edib, lakin bununla bağlı sübut təqdim etməyib.
19:42 29.10.2026
Oxunuş sayı: 48