Makron 17 yaşında olsaydı, etiraz aksiyalarına qatılardımı? — Suala konkret cavab verə bilməyib
Fransa Prezidenti Emmanuel Makron 17 yaşında olsaydı, iğtişaşlara qatılıb-qatılmayacağı ilə bağlı suala konkret cavab verməkdə çətinlik çəkib.
Crossmedia.az xəbər verir ki, ona ünvanlanan sualı cavablandıran Makron bunun şəxsi məsələ olduğunu bildirib və qərara dostların təsiri kimi müxtəlif amillərin təsir edə biləcəyini qeyd edib.
“Bu suala cavab vermək çox çətindir. Bu, çox şəxsi məsələdir. Burada dostunuzun aksiyaya gedib-getməməsi və ya digər hallar önəmlidir”, — deyə Fransa prezidenti bildirib.
Makron əlavə edib ki, insan öz mövqeyini mütləq etiraz aksiyalarında iştirak etməklə ifadə etməli deyil. Onun sözlərinə görə, özü də bəzən hakimiyyətin müəyyən qərarları ilə razılaşmır, lakin bu, onun mütləq etiraz aksiyasına qatılacağı anlamına gəlmir.
19:47 29.10.2026
Oxunuş sayı: 57