Dneprdə 25 mindən çox abonent elektrik enerjisiz qalıb
Ukraynanın Dnepr şəhərində və Dnepropetrovsk vilayətinin Dnepr rayonunda baş verən hücum nəticəsində 25 mindən çox istehlakçının elektrik enerjisi təchizatı kəsilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Aleksandr QanJa məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfinin Dnepr rayonuna hücumundan sonra şəhər və ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
QanJa bildirib ki, enerji təchizatının bərpası üzrə işlər təhlükəsizlik vəziyyəti imkan verən kimi başlanacaq.
21:22 29.10.2026
Oxunuş sayı: 49