Azərbaycanın İtaliyadakı səfiri Cənubi Qafqazla bağlı paneldə iştirak edib
Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə iştirak edib.
Crossmedia.az Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən xəbər verir ki, Amerika Araşdırmaları Mərkəzində təşkil olunan paneldə Gürcüstan və Ermənistanın səfirləri də iştirak ediblər.
Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə keçirilən müzakirələrdə regionda davamlı və inklüziv sülhün perspektivləri, regional ticarət və bağlantı arxitekturası, eləcə də digər mühüm beynəlxalq tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.
22:05 29.10.2026
Oxunuş sayı: 47